"Yunayted"də yeni müqavilə
28.04.2026 - 19:28
"Yunayted"də yeni müqavilə

“Mançester Yunayted” Kobbi Mainoo ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, klub futbolçu ilə müqaviləni yeniləmək niyyətindədir.

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər ilkin razılığa gəliblər. Mainoo klubla müddəti 2031-ci ilin yayına kimi olan yeni müqaviləyə imza atacaq.

Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 24 oyunda 2 məhsuldar ötürmə edib.