“Yuventus” “Roma”nı məğlub etdi
21.12.2025 - 01:41
“Yuventus” “Roma”nı məğlub etdi

İtaliya A Seriyasının XVI turu davam edir. 

Apasport.az xəbər verir ki, Turin təmsilçisi “Yuventus” doğma meydanda “Roma”nı qəbul edib.

Qarşılaşma romalıların 2:1 hesablı  məğlubiyyəti ilə başa çatıb.

Hər iki komandanın fərqlənməsinə baxmayaraq, oyunun sonunda sevinən tərəf meydan sahibləri olub.