İtaliyanın "Yuventus" klubu Almaniyanın "Bayer Leverkuzen" komandasında çıxış edən Kerim Alaybeqoviçi transfer etməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin iddiasına görə, Turin təmsilçisi Leverkuzen klubu ilə bosniyalı oyunçusunun keçidi üçün 33 milyon avro və bonuslar qarşılığında razılığa gəlib.
18 yaşlı Alaybeqoviçlə İngiltərənin "Çelsi" klubu da ciddi maraqlanırdı. Lakin futbolçunun İtaliya klubuna keçməyə üstünlük verdiyi bildirilir.
Qeyd edək ki, Kerim Alaybeqoviç ötən mövsüm icarə əsasında Avstriyanın "Zaltsburq" klubunda çıxış edib, daha sonra "Bayer" onu geri qaytarıb.