"Yuventus"dan inamlı qələbə
28.12.2025 - 01:41
"Yuventus"dan inamlı qələbə

İtaliya A Seriyasında “Yuventus” səfərdə “Piza” üzərində inamlı qələbə qazanıb.

Apasport.az xəbər verir ki, qarşılaşma Turin təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Oyunda hesab 73-cü dəqiqədə açılıb. “Piza”nın müdafiəçisi Arturo Kalabresi topu öz qapısına göndərərək avtoqol müəllifi olub.

Matçın son nöqtəsini isə 90+2-ci dəqiqədə “Yuventus”un gənc ulduzu Kenan Yıldız qoyub.