Zidan məşqçiliyə qayıdır - MİLLİYƏ RƏHBƏRLİK EDƏCƏK
21.02.2026 - 15:55
Zinəddin Zidan məşqçiliyə qayıtmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, fransalı mütəxəssis ölkəsinin milli komandasını çalışdıracaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Zidan dünya çempionatından sonra yığmada Didye Deşamı əvəz edəcək. Artıq Fransa Futbol Federasiyası ilə 53 yaşlı mütəxəssis arasında müqavilə ilə bağlı şifahi razılıq əldə olunub.
Qeyd edək ki, Zinəddin Zidanın son iş yeri “Real Madrid” olub. O, 2021-ci ilin yayında İspaniya klubundan ayrılıb.
0
0