Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi oldu - Rəsmi
28.07.2026 - 13:08
Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi oldu - Rəsmi

Fransa Futbol Federasiyası Zinəddin Zidanın milli komandanın yeni baş məşqçisi təyin olunduğunu rəsmən açıqlayıb.

Apasport.az xəbər verir ki, təcrübəli məşqçiylə 2030-cu ilə qədər müqavilə imzalanıb.

54 yaşlı mütəxəssis bu postda Didye Deşamı əvəzləyib.

Zidan məşqçilik karyerası ərzində yalnız Madrid "Real"ını çalışdırıb. Fransalı mütəxəssis "kral klubu" ilə 3 UEFA Çempionlar Liqası, 2 La Liqa, 2 UEFA Superkuboku, 2 FIFA Klublararası Dünya Çempionatı və 2 İspaniya Superkubokunun qalibi olub.

Qeyd edək ki, Zidanın əvəz etdiyi Didye Deşam 2012-ci ildən Fransa millisini çalışdırırdı.

Onun rəhbərliyi altında yığma 2018-ci ildə dünya çempionu olub, AVRO-2016 və DÇ-2022-də finala, DÇ-2026-da isə yarımfinala yüksəlib.