Avarçəkənlərimiz beynəlxalq reqatada iştirak edəcəklər
23.05.2024 - 13:54
Avarçəkənlərimiz beynəlxalq reqatada iştirak edəcəklər

Gənc avarçəkənlərimiz beynəlxalq reqatada iştirak edəcəklər.

Apasport.az xəbər verir ki, 24-26 may tarixlərində Slovakiyanın paytaxtı Bratislavada kayak və kanoe üzrə beynəlxalq reqata keçiriləcək.

Yeniyetmə və gənclər arasında təşkil olunacaq yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq.  

Məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudzun rəhbərliyi ilə Amil Ramazanov, Əlimurad Hacızadə, Qiyas Əhmədov, Ceyhun Vəlixanov, Niyaz Məlikov və Paşa Əsgərov Bratislavada medal uğrunda mübarizə aparacaq.

0