Braziliyalı hücumçu "Real Madrid"də
24.06.2024 - 13:36
Braziliyalı hücumçu "Real Madrid"də

Braziliya millisinin hücumçusu Endrik tezliklə "Real Madrid"in sıralarına qoşulacaq.

Apasport.az xəbər verir ki, tərəflər iyulun 21-də, oyunçunun 18 yaşı tamam olanda müqavilə imzalayacaqlar.

Onun “kral” klubunda təqdimatı iyulun 26-da baş tutacaq.

Braziliyalının növbəti mövsümdə 16 nömrəli formanı geyinəcəyi gözlənilir.

Qeyd edək ki, o, ötən mövsüm vətənində “Palmeyras” klubunda çıxış edib. 

0