“Neftçi”dən darmadağın, “Araz-Naxçıvan” rəqibinə şans tanımadı
27.03.2025 - 18:23

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XIII turun daha iki oyunu keçirilib.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Neftçi" "Yasamal Bakı"nı məğlub edib - 12:3.
İkinci görüşdə isə hazırkı ölkə çempionu "Araz-Naxçıvan" "Şuşa MFK"ya şans verməyib - 10:4.
Qeyd edək ki, turun ilk oyununda "Baku Fire" U-19-u 3:1 hesabı ilə üstələmişdi. "Baku Fire" 32 xalla liderdir. "Araz-Naxçıvan" və "Neftçi"nin 31 xalı var. "Şuşa" 12 xalla dördüncü, U-19 9 xalla beşincidir. Xalı olmayan "Yasamal Bakı" sonuncu - atlıncı pillədə qərarlaşıb.
5
0