"Borussiya" derbisində dortmundlular sevindilər
21.04.2025 - 01:22
"Borussiya" derbisində dortmundlular sevindilər

Almaniya Bundesliqasında XXX turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, bu gün üç matç baş tutub.

"Auqsburq" "Ayntraxt"la qarşılaşıb. Görüşdə hesab açılmayıb.

Dortmundda "Borussiya"ların dueli baş tutub. 5 qolun vurulduğu matçda meydan sahibləri qələbə qazanıblar.

"Bayer" isə yenə xal itirib. Komanda səfərdə "Sankt Pauli" ilə bacarmayıb.

Almaniya Bundesliqası
XXX tur
20 aprel

17:30. "Auqsburq" – "Ayntraxt" 0:0
19:30. "Borussiya" D. – "Borussiya" M. 3:2
21:30. "Sankt Pauli" – "Bayer" 1:1