Acun İlıcalı: "Ortada günahkar varsa, biz də buna daxilik"
20.04.2025 - 23:32
Acun İlıcalı: "Ortada günahkar varsa, biz də buna daxilik"

"Bizim üçün çox üzücü axşam oldu. Burda itirilən iki xal ağır itkidir".

Apasport.az xəbər verir ki, bu sözləri "Fənərbaxça"nın vitse-prezidenti Acun İlıcalı deyib.

Klub rəsmisi "Kayserispor"la matçdan (3:3) sonra jurnalistlərə açıqlama verib:

Rəhbərlik olaraq bütün məsuliyyəti öz üzərimizə götürürük. Təbii ki, ortada günahkar varsa, biz də buna daxilik. Bu xal itkisinə görə bütün azarkeşlərimizdən üzr istəyirik. Fanatlarımız bilsin ki, biz də gecə-gündüz "Fənərbaxça"nın uğurları üçün çalışırıq. Əlimizdən gələni etdik. Bəzən olmayanda olmur. Futbolun bir tərəfi də budur".

Qeyd edək ki, "Fənərbaxça" Türkiyə Super Liqasında "Qalatasaray"dan 5 xal geridədir.