“2019-cu ildə keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisi kommersiya baxımından ən sərfəlisi olub”.
APA-nın məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai deyib.
O bildirib ki, Azərbaycan Qran-prisinin səviyyəsi ildən-ilə artır, bu da yarışdan əldə olunan gəlirin artması ilə nəticələnib: “Ötən illə müqayisədə Azərbaycan Qran-prisində sponsorlardan gələn vəsaitin məbləği 50 faiz artıb”.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycan Qran-prisi aprelin 28-də keçirilib. Yarış “Mersedes” pilotu Valtteri Bottasın qələbəsi ilə başa çatıb.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb