Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
03.11.2026 - 20:44
Azərbaycanı təmsil edən İmran və İbrahim Novruzi qardaşları Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Mental Arifmetika Olimpiadasında uğur qazanıblar.
Apasport.az xəbər verir ki, Olimpiadada İmran Novruzi öz kateqoriyası üzrə birinci yerə layiq görülüb.
Onun kiçik qardaşı İbrahim Novruzi isə öz kateqoriyasında "Super Çempion" titulunu qazanıb. İbrahim Novruzi əldə etdiyi nəticəyə görə pul mükafatı da alıb.
Qeyd edək ki, oktyabrın 31-dən noyabrın 1-dək davam edən yarışda 16 ölkənin nümayəndələri iştirak ediblər.
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
- AMADA nümayəndələri beynəlxalq vebinarda iştirak ediblər
- Azərbaycanın kamandan oxatma üzrə qadınlardan ibarət yığması Asiya Kubokunda qızıl medal qazanıb
- Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026-da Azərbaycanın bayraqdarları olacaq
- Zəfər Gününə həsr olunan kamandan oxatma turniri keçirilib
0
0