Millimizin rəqibləri müəyyənləşdi
03.11.2026 - 19:54
Millimizin rəqibləri müəyyənləşdi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının 2027-ci il mövsümündə UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub.

Apasport.az xəbər verir ki, baş məşqçi Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv C Liqasının 2-ci qrupunda mübarizə aparacaq.

Millimiz qrup mərhələsində Latviya, Gürcüstan və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları ev və səfər prinsipi ilə keçiriləcək. İlk iki turun matçları 2027-ci il fevralın 23-dən martın 6-dək, üçüncü və dördüncü turlar aprelin 13-dən 24-dək, son iki turun görüşləri isə iyunun 7-dən 15-dək baş tutacaq.