"Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
03.11.2026 - 17:42
"Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB

"Fənərbaxça"nın yeni baş məşqçi namizədi bəlli olub.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi hazırda "Kasımpaşa"ya rəhbərlik edən Emre Belözoğlunu komandanın baş məşqçisi postuna gətirməyi planlaşdırır.

Bu barədə tanınmış insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Mənbənin iddiasına görə, "sarı-lacivərdlilər"in rəhbərliyi artıq türkiyəli mütəxəssislə danışıqlara başlayıb.

****

15:51

“Fənərbaxça”nın baş məşqçi postuna gətirmək istədiyi Serjio Konseysao ilə danışıqlarda problem yaranıb.

Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin müqavilə şərtləri ilə bağlı tələblərini dəyişməsi və maaş gözləntisini artırması tərəflər arasında fikir ayrılığına səbəb olub.

Bu səbəbdən İstanbul təmsilçisi yenidən yerli mütəxəssislərə üz tutub. Məlumata görə, “sarı-lacivərdlilər”in siyahısında əsas namizəd Emre Belözoğludur.

Türkiyəli mütəxəssisin klubun baş məşqçisi postuna əsas namizədlərdən biri olduğu bildirilir.

Qeyd edək ki, Emre Belözoğlu hazırda “Kasımpaşa”nın baş məşqçisidir. Onun klubla müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir.