“AVRO-2020-nin final mərhələsində çox yaxşı qrupa düşmüşük. Seçmə mərhələdə 10 qələbə qazanan İtaliya qrupun favoritidir”.
Apasport.az saytının məlumatına görə, bunu İsveçrə millisinin futbolçusu Manuel Akanji deyib.
Dortmund “Borussiya”sında çıxış edən müdafiəçi AVRO-2020-nin final mərhələsinin oyunları Bakı və Romada keçiriləcək A qrupunu dəyərləndirib: “Bizim də 1/8 finala yüksəlmək üçün yaxşı şanslarımız var. Biz də buna doğru can atırıq. Biz oynamalı və qalib gəlməliyik. İstər Bakıda olsun, istər Londonda”.
Qeyd edək ki, AVRO-2020-nin final mərhələsi iyunun 12-dən iyulun 12-dək keçiriləcək.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib