“Üzərimizdə nə qədər böyük məsuliyyətin olduğunu bilirik. Çünki AVRO-2020-də oynamaq üçün uzun müddət mübarizə aparırıq”.
Apasport.az saytının məlumatına görə bunu Macarıstan millisinin futbolçusu Adam Nad deyib.
O, AVRO-2020-nin seçmə mərhələsinin son turu barədə fikirlərini açıqlayıb. A.Nad Uelslə qarşılaşmada qələbə üçün oynayacaqlarını, heç-heçə edərək Slovakiyanın Azərbaycanla matçdakı xal itkisinə ümid bağlamayacaqlarını bildirib: “Seçmə mərhələdən şansı qaçırıb, pley-offda oynamaq barədə düşünmürük. Amma başa düşürük ki, Kardiffdə 70 min azarkeş önündə oynamaq çətindir. Buna baxmayaraq, görüşə tam hazırıq. Bizim üçün Slovakiya – Azərbaycan qarşılaşmasının nəticəsi də vacib deyil. Çünki taleyimiz öz əlimizdədir”.
Qeyd edək ki, Macarıstan final mərhələsinə vəsiqə qazanmaq üçün Uelsdə qalib gəlməlidir. A.Nad və komanda yoldaşları səfərdə 1 xal qazansalar, Slovakiyanın Azərbaycanla matçda qalib gəlməməsinə ümid etməlidirlər.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb