“Formula-1”in başlama tarixi müəyyənləşdi
27.04.2020 - 12:57
“Formula-1” üzrə dünya çempionatının yeni mövsümünün təxmini başlama tarixi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu barədə qurumun rəsmi tvitter səhifəsi paylaşım edib.
Bildirilib ki, mövsümün 15-18 yarışdan ibarət olması və həftəsonları keçirilməsi planlaşdırılır. Koronavirus pandemiyası ilə əlaqədar olaraq keçirilməyən "Formula-1"in 3-5 iyul tarixində Avstriya Qran-Prisi ilə başlaması hədəflənib.
Qeyd edək ki, mövsümün əvvəlki 10 mərhələsindən üçü ləğv edilib, yeddisi, o cümlədən Azərbaycan Qran-Prisi qeyri-müəyyən müddətə təxirə salınıb.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0