“İdman tədbirləri ilə bağlı məsələ müzakirə olunur” - Qərargah
22.05.2020 - 17:28
“İdman tədbirləri ilə bağlı məsələ müzakirə olunur”.
Apasport.az saytının məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı bildirib ki, idman tədbirləri ilə bağlı məsələ müzakirə mövzusudur: “1 iyun tarixində bunun açılması ilə bağlı müzakirə gündəmdədir. Yəqin ki, bu haqda da qərar veriləcək”.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Azərbaycanda mayın 31-dək xüsusi karantin rejimi elan olunub. Martın 13-dən idman tədbirləri dayandırılıb.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0