“Psixoloji olaraq ilk turdan bu nəticəyə hazır idim”.
APA-nın məlumatına görə, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.
32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən Dünya Kubokunun final matçında çinli Dinq Lirenlə ikinci görüşünü şərh edib. Turnirdə ilk məğlubiyyətini alan T. Rəcəbov bunun qarşıdakı görüşlərə təsir etməyəcəyi qənaətindədir: “Hər şey mümkündür. Sən istənilən an uduza bilərsən. Bu barədə xüsusi düşüncələrim yoxdur. Mən sadəcə olaraq ardıcıl oyunlara çıxıram. İtkilər olur, bu da şahmat həyatının bir parçasıdır”.
Qeyd edək ki, iki matçın nəticəsinə əsasən D. Lirenə 0,5:1,5 hesabı ilə uduzan T. Rəcəbov bu gün növbəti görüşün keçirəcək. Finalçılar klassik şahmatda 4 dəfə üz-üzə gələcəklər.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb