“Əziz şahmatsevər dostlar. Çox heyf ki, İddiaçılar Turnirinə çıxa bilmədim. Amma hər şey yaxşıdır”.
Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov şəxsi feysbuk səhifəsində yazıb.
34 yaşlı qrossmeyster 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə vəsiqə qazanmamasına münasibət bildirib. O qeyd edib ki, bunu qarşıdakı illərdə yenidən reallaşdıracağına inanır: “Növbəti iki il üçün var qüvvə ilə çalışıb, hər şeyi əldə etməyə çalışacam. Mənə dəstək olduğunuz üçün çox sağ olun”
Qeyd edək ki, Məmmədyarov İsrailin Yerusəlim keçirilən Qran-prinin həlledici - IV mərhələsinin 1/8 finalında rusiyalı Dmitri Yakovenkoya məğlub olub.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb