Uels milli komandasının futbolçusu Co Rodon Azərbaycan AVRO-2020-nin seçmə mərhələsinin son iki oyununu buraxacaq.
APA-nın məlumatına görə, Rayan Giqqzin baş məşqçiliyi dövründə əsas heyət oyunçusuna çevrilməkdə olan 22 yaşlı müdafiəçi noyabrın 16-da Azərbaycanla, üç gün sonra Macarıstana qarşı keçiriləcək görüşləri buraxacaq.
Buna səbəb “Suonsi” klubunun futbolçusunun zədələnməsidir. İngiltərə Çempionşipinin “Brentford”la qarşılaşmasında ciddi xəsarət alan C.Rodon ən azı 2 ay yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, C.Rodon bu ildən şərəfini qoruduğu əsas yığmada 4 matç keçirib.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb