“Çəkimdə 3 favoritdən biri azərbaycanlıdır” - FOTO
12.07.2012 - 16:33
Rusiyalı güləşçi Zaur Kuraməhəmmədov London-2012-də əsas rəqiblərinin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edəcək pəhləvan 3 ölkənin təmsilçisindən ehtiyatlandığını bildirib.
Dünya çempionatının bürünc medalçısının siyahısında azərbaycanlı Həsən Əliyevin də adı yer alıb. Maraqlıdır ki, rusiyalı idmançının çəkisində lisenziyanı Kamran Məmmədov qazansa da, Zaur Həsənin Böyük Britaniya paytaxtına gələcəyini düşünür: “Londonda mənim çəkimdə güclü idmançılar baxımından çatışmazlıq olmayacaq. İlk növbədə iranlı Omid Noruzini fərqləndirərdim. Mən ona ötən il İstanbuldakı dünya çempionatında uduzmuşam. Favoritlər sırasına, həmçinin 2010-cu ildə dünya çempionu Həsən Əliyev və Afina-2004-ün qalibi Ci-Hyun Canq daxildir”.
Qeyd edək ki, güləşçilərimizin Londona yollanacaq yekun siyahısı hələ rəsmi açıqlanmayıb.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışına start verilir
- Roland Hofer: “Maraqlı yarış keçməsini arzulayıram”
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
0
0