“Bu Olimpiadada mən də medalçılar sırasında olaram” - FOTO
24.07.2012 - 17:47
“Bu Olimpiadada mən də medalçılar sırasında olaram” - FOTO
“Şükür Allaha, hazırlıqlarımız çox yaxşı keçdi. Bütün təlim-məşq toplanışında necə lazımdırsa, hazırlaşdıq. Qismət Allahadır, biz də öz üzərimizdə çalışmalıyıq”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Olimpiya yığmasının cüdoçusu Kifayət Qasımova (57 kq) deyib.

Növbəti dəfə Olimpiadada çıxış edəcək xanım idmançımız Pekin-2008-dən fərqli, Londonda medal qazanacağına böyük ümid bəsləyir: “İnşallah, bu Olimpiya Oyunlarında mən də medalçılar sırasında olaram. Buna inamım böyükdür. Psixoloji cəhətdən də döyüşlərə tam hazıram”.