Olimpiyaçımızı mükafatsız qoyan avtomobil qəzasına düşdü
21.08.2012 - 11:25
London Olimpiadasının bürünc medalçısı olan rusiyalı güləşçi Zaur Kuraməhəmmədov avtomobil qəzasına düşüb. Apasport.az saytının məlumatına görə, yunan-Roma növü üzrə 60 kq-da çıxış edən idmançı Rostovda bədbəxt hadisə ilə üzləşib. Xoşbəxtlikdən ciddi xəsarət almayan Zaur yalnız bədənində bir neçə cızıqla canının qurtarıb.
Olimpiadanın mükafatçısı prezident tərəfindən ona hədiyyə edilən “Audi” markalı avtomobildə yox, köhnə maşını “İnfiniti”də imiş. Kuraməhəmmədov İdman Nazirliyinin nümayəndələri ilə görüşə gedirmiş ki, hadisə ilə əlaqədar bunu təxirə salmalı olublar.
Zaur hər şeyin xətərsiz başa verdiyini bildirib: “Sadəcə, öz maşınını vurdum. Mən tələsirdim və daha bir qaydanı pozanla üzləşdim. Sükanı tez çevirdim, yağış yağırdı, mən əyləci basa bilmədim və ona girdim. Maşınımdan fərqli mən xəsarət almadım. Ancaq qorxulu bir şey baş verməyib. Qəza ciddi deyil, sadəcə, digər maşını vurdum”.
Qeyd edək ki, Zaur bürünc medal uğrunda təmsilçimiz Həsən Əliyevə qalib gələrək, onu mükafatsız qoyub.

- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
0
0