Yığmamızın rəqibinin qapıçısından gözlənilməz addım
27.08.2012 - 17:52
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığması itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Sankt-Peterburqun “Zenit” klubunun qapıçısı Vyaçeslav Malafeyev milli karyerasını dayandırmaq qərarına gəlib. 33 yaşlı qolkiper müvəqqəti olaraq yığmadan kənar qalmaq arzusunu Rusiya Futbol İttifaqına bildirib. O, gözlənilməz addımını ailəsinə. Uşaqlarına daha çox vaxt ayırmaq istəyi ilə izah edib.
Qeyd edək ki, yığmada 2003-cü ildə debüt edən qapıçı 28 matçda forma geyib.
Qeyd edək ki, yığmada 2003-cü ildə debüt edən qapıçı 28 matçda forma geyib.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
0
0