15 yaşlı atlet hakimi öldürdü
27.08.2012 - 18:30
Almaniyanın Düsseldorf şəhərində keçirilən atletika yarışı xoşagəlməz hadisə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, yeniyetmələrin turniri hakimlərdən birinin ölümü ilə nəticələnib. 15 yaşlı atletin atdığı nizə hakimə dəyib. 74 yaşlı hakim xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı cinayət işi açılsa da, məsələni bədbəxt hadisə kimi qeydə alınacağı gözlənilir. Hadisədən şoka düşən yeniyetmə idmançıya isə psixoloji yardım göstərilir.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
0
0