Yığmamız Avropa çempionatını 2 medalla başa vurdu
02.09.2012 - 09:41
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yeniyetmələr arasında X Avropa birinciliyi bu gün başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışdakı Azərbaycan yığmasının sonununcu idmançısı – Azər Məmmədli (+94 kq) podiuma çıxıb.
Birdən qaldırma hərəkətinə 145 kq-la başlayıb, onu uğurla qaldıran atletimiz sonra sifariş verdiyi 151 kq-ı 2 cəhddə ram edə bilməyib. Nəticədə o bu hərəkəti 4-cü pillədə başa vurub.
Təkanla qaldırma hərəkəti isə tam uğursuzluqla nəticələnib. Azər əvvəlcə 187 kq-lıq ağırlıqı qaldıra bilməyib. Daha sonra 188 kq sifariş verərək nəticəsini yaxşılaşdırmaq istəsə də, 2 iki cəhd də uğursuz alınıb. Məmmədli bu səbəbdən Avropa çempionatında yer tuta bilməyib.
Buna baxmayaraq, Azərbaycan yığmasının Avropa çempionatındakı çıxışını qənaətbəxş hesab etmək olar. “Zirvə” İdman Klubunun 2 yetirməsi – Valeh Baxşəlizadə qızıl və Elxan Əliquluzadə isə bürünc medal qazanaraq, bayrağımızın yüksəlməsini təmin edib.

- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
0
0