3 legionerimiz Bosniya və Herseqovinada darmadağın gördü
12.09.2012 - 12:32
“Bakı”nın keçmiş baş məşqçisi Aleksandr Starkovun rəhbərlik etdiyi Latviya milli komandasının DÇ-2014-ün seçmə mərhələsindəki növbəti oyununda Azərbaycan Premyer Liqasında oynayan futbolçular da iştirak ediblər. Apasport.az məlumatına görə, Bosniya və Herseqovina yığması ilə səfər matçında “Bakı”nın 2, AZAL-ın isə 1 futbolçusu meydanda olub.
Latviya yığmasının 4:1 hesabı ilə məğlub olduğu matçda “Bakı”dan Denis İvanov və Marius Verpakovski meydanda olublar. İvanov meydanda 90 dəqiqə olsa da, onun həmklubu yalnız 61-ci dəqiqədə əvəzetmədən sonra meydana daxil olub. AZAL-ın şərəfini qoruyan Oskar Klava da Denis kimi oyunun əvvəlindən sonunacan komandasına kömək etməyə çalışıb.

- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
0
0