Anar Salmanov DÇ-2014-ün oyununa baş hakim təyin olundu
27.09.2012 - 13:33
Azərbaycanlı FİFA hakimi Anar Salmanov məsul oyuna təyinat alıb. Apasport.az saytının məlumatına görə, UEFA 32 yaşlı hakimimizə 2014-cü il dünya çempionatının (DÇ-2014) seçmə mərhələsində yığmaların matçını etibar edib.
Belə ki, Salmanov oktyabrın 12-də B qrupunda Çexiya – Malta matçını idarə edəcək. Ona kömək edəcək hakimlərimizin adları hələ açıqlanmayıb. Beynəlxalq səviyyədə son olaraq İspaniya və Səudiyyə Ərəbistan yığmalarının yoldaşlıq görüşündə idarəçilik edən gənc hakimimiz UEFA-nın diqqətini cəlb edib.
Qeyd edək ki, hakimlərimiz uzun illərdir əsas yığmaların rəsmi oyunlarına təyinat almırdı.

- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
0
0