Avropa çempionatının mükafatçısı: Azərbaycanı yenmək gücündəyik
11.10.2012 - 08:19
Rusiya yığmasının futbolçusu Denis Kolodin 2014-cü il dünya çempionatının seçmə mərhələsində Portuqaliya və Azərbaycan yığmaları ilə ev oyunları ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Moskva “Dinamo”sunun müdafiəçisi oktyabrın 12-də və 16-da Moskvada keçiriləcək bu matçların hər ikisində qalib gəlmələrinin real olduğunu düşünür.
Onun sözlərinə görə, Portuqaliya qrupumuzun aşkar favoriti olsa da, sabahkı oyunda 3 xal qazanmaları mümkündür: “Futbolçularımız seçmə mərhələyə ardıcıl 2 qələbə qazanaraq, əla başladılar. Hesab edirəm ki, həm Portuqaliya, həm də Azərbaycanı məğlub etmək gücündəyik. Portuqaliyalılardan yalnız ona görə qorxmaq lazım deyil ki, reytinqləri bizdən yüksəkdir. 2008-ci il Avropa çempionatında da bizi heç kim favoritlər sırasına daxil etmirdi. Buna görə qrupumuzda hər rəqibi yenməyə qadirik”.
Qeyd edək ki, Kolodin 2008-ci il Avropa çempionatında yığmasının heyətində bürünc medalçı olub.

- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
0
0