1 ay Azərbaycanda oldu, yığmamızdan imtina etdi - FOTO
15.11.2012 - 17:46
Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının növbəti legioner milliləşdirməsi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı İvaylo Filev ölkəmizə gəlib, 1 ay komandamızın düşərgəsində olsa da, sonradan vətəninə qayıdıb.
Dopinqdən istifadə səbəbindən 4 il yarışlardan kənarlaşdırılan və cəzası başa çatan atleti Azərbaycan Ağır Atletika Federasiyası millimizə cəlb etmək istəyib. Yığmamızın baş məşqçisi Zlatan Vanevin təşəbbüsü ilə komandamıza çağırılan Filev tezliklə vətəninə qayıtmasının səbəbini açıqlayıb: “Hazırda formada deyiləm. Lakin mənim qarşıma gələn il keçiriləcək Avropa və dünya çempionatında medal qazanmaq tapşırığı qoyurdular. ”
Qeyd edək ki, 24 yaşlı İvaylo 2007-ci ildə Tailandda keçirilən dünya çempionatında bürünc medal qazanıb. Elə həmin il millimizin digər üzvləri Veliçko Çolakov və İvan Stoitsovla birgə dopinq qalmaqalında cəzalanan 8 bolqarıstanlı sırasında olub.

- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
0
0