Pərviz Bağırovun İrəvanda növbəti rəqibi bəlli oldu
04.12.2012 - 16:55
Ermənistanın paytaxtı İrəvanda keçirilən gənc boksçular arasında dünya çempionatında həmyerlimiz Pərviz Bağırovun (64 kq) yarımfinaldakı rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1/4 finalda litvalı Eymantas Stanionisi məğlub etməklə özü üçün ən azı bürünc medalı təmin edən 18 yaşlı idmançımız finala gedən yolda qvatemalalı Lester Normandi Martines Tutla qarşılaşacaq.
Görüş dekabrın 6-da saat 15:15-də başlayacaq.
Qeyd edək ki, gənclər arasında Avropa çempionumuz olan Bağırov mərhələ adlayacağı halda, finalda Kevin Hayler Braun Bazain (Kuba) – Coşua Kelli (İngiltərə) cütünün qalibi ilə üz-üzə gələcək.

- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
0
0