Azərbaycan İrəvanda ilk “23-lükdə”
05.12.2012 - 12:33
Ermənistanda keçirilən boks üzrə gənclər arasında dünya birinciliyində bir idmançımız medalı özünə təmin edib. Apasport.az saytının məlumatına görə, 64 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov 1/4 finalda litvalı Eymantas Stanionisi məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Boksçumuz finala gedən yolda Qvatemala nümayəndəsi Lester Normandi Martines Tutla üz-üzə gələcək.
Bu görüş dekabrın 6-da saat 15:15-də başlayacaq. Yeri gəlmişkən, Lester Normandi Martines Tutun yarımfinala yüksəlməsi, Qvatemala komandasının son 4 ildə ən yaxşı nəticəsi olub. Ümumilikdə, 23 ölkənin nümayəndələri yarımfinala vəsiqə qazana biliblər. Rusiya 5 medalı özünə təmin etməklə, birinci sıradadır. İngiltərə, Kuba və Hindistanın 4 boksçusu yarımfinalda mübarizə aparacaq. Ermənistan təşkilatçı ölkə olmasına baxmayaraq, yarımfinalda 2 boksçu ilə təmsil olunacaq.
Xatırladaq ki, 2010-cu ildə Bakıda keçirilən gənclər arasında dünya birinciliyində Azərbaycan 2 qızıl və 1 bürünc medal qazanmışdı. Salman Əlizadə və Şaban Şahpələngov qızıl, Elvin İsayev isə bürünc medala sahib olmuşdu.

- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
0
0