Yığmamız Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
08.12.2012 - 13:31
Boks üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Qazaxıstanda bu ölkənin seçməsi ilə birgə təlim-məşq toplanışını başa vurub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, baş məşqçi Şamil Məmmədbəyovun rəhbərliyi altında hazırlıq prossesində Ceyran Dadaşova (48 kq), Əzizə Abbasova, Anaxanım Ağayeva (hər ikisi 51 kq), Yelena Vıstropova (69 kq), Leyla Cavadova (75 kq) və Aynur Rzayeva (91+kq) iştirak ediblər.
Komandamız dekabrın 9-dan 16-dək Qazaxıstanda 10 ölkənin idmançılarının iştirak edəcəyi beynəlxalq turnirdə mübarizə aparacaq. Yarışda Rusiya, Çin kimi qadın boksunda böyük uğurlara nail olmuş ölkələrin dəri əlcək ustaları da güclərini sınayacaqlar.

- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
0
0