Avropa Oyunlarının proqramında futbol olmayacaq
11.12.2012 - 13:28
2015-ci il Avropa Oyunlarının proqramında futbol növü olmayacaq. Apasport.az saytının xəbərinə görə, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.
O bu gün keçirilən mətbuat konfransında bildirib ki, hətta Yay Olimpiya Oyunlarında futbol yarışları rəmzi xarakter daşıyır. Olimpiadaya ölkələrin əsas futbol milliləri deyil, 21 yaşadək futbolçulardan ibarət yığmaları yollanır. Avropa Oyunlarına gəldikdə, proqrama futzalın salınması təklif olunub. Amma bununla bağlı hələ yekun qərar verilməyib: “Bütün bunlar yeni idman növləri müzakirə olunarkən, danışılacaq”.

- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
0
0