Boksçumuz Avropa çempionu oldu
18.12.2012 - 21:48
Rusiyanın Kalininqrad şəhərində keçirilən boks üzrə 19-22 yaşlılar arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvü Elvin İsayev (60 kq) həlledici görüşdə Rusiya boksçusu Maksim Şmıqlyovu məğlub edərək, qızıl medala layiq görülüb.
52 kq çəki dərəcəsində yarışan Avropa çempionu Salman Əlizadə də finalda Rusiya boksçusu ilə qarşılaşıb. Həmyerlimiz xal hesabı ilə Vasili Vetkinə uduzaraq, gümüş medal qazanıb.
Qeyd edək ki, daha iki boksçumuz – Cavid Çələbiyev (56 kq) və Heybətulla Hacəliyev (64 kq) Kalininqradda bürünc medala sahib olublar.
Beləliklə, milli komandamız ilk dəfə təşkil olunan 19-22 yaşlı boksçuların Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnib.

- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
0
0