Dünya çempionatından gümüşlə qayıdırıq
29.12.2012 - 10:00
Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən şahmat üzrə şəhərlərarası dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, mundialın finalında Bakı komandası Hollandiyanın Hoqeven şəhərinin zəka sahibləri ilə qarşılaşıb.
Oyun rəqibin 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Eltac Səfərli Giri Anişlə, Rauf Məmmədov İvan Sokolovla, Vasif Durarbəyli Yan Smitslə heç-heçə etdiyi halda, Nicat Məmmədov Sergey Tiviakova uduzub. Nəticədə Hoqeven yarışın çempionu, Bakı isə gümüş medalçısı olub.
Üçüncü yer uğrunda Novi Sadla (Serbiya) Daşkənd (Özbəkistan) heç-heçə oynasa da, əlavə göstəricilərə görə birinci bürünc medala layiq görülüb.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0