ABŞ yığması Dünya Kubokuna Bakıda hazırlaşır
14.02.2013 - 15:27
İranın paytaxtı Tehranda sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, fevralın 21-22-də baş tutacaq yarışda Azərbaycan, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edəcək.
ABŞ idmançıları Dünya Kuboku öncəsi son hazırlıq məşqlərini Bakıda Azərbaycan güləşçiləri ilə birgə keçirir. Fevralın 12-dən etibarən paytaxtımızda olan ABŞ komandasının heyətində 11 güləşçi yer alıb. Onların arasında dünya çempionatlarının mükafatçıları, eləcə də London Olimpiya Oyunlarının 74 kq çəki dərəcəsində qalibi Jordan Burroughs da var.
Məşqçilər Zeke Cons və Endi Hrovatın rəhbərliyi altında ölkəmizdə səfərdə olan ABŞ güləşçiləri fevralın 19-da təlim-məşq toplanışını başa vuracaq və İrana yollanacaq.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0