Millimizin rəqibində ciddi zədə problemi
21.02.2013 - 11:00
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Portuqaliya yığmasının futbolçusu Bruno Alveş ciddi zədə problemi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “Zenit”in müdafiəçisi Avroliqanın 1/16 final mərhələsində “Liverpul”la bugünkü cavab oyunu öncəsi məşqdə dizindən xəsarət alıb. O, meydanı sərbəst tərk edə bilmədiyindən, köməyə ehtiyacı olub.
Brunonun uzun müddət sıradan çıxaraq, millimizlə martın 26-da Bakıda keçiriləcək matçdan kənarda qalacağı istisna edilmir. O, ingilislərlə ilk matçda isə cəza üzündən forma geyə bilməmişdi.
Qeyd edək ki, Alveş indiyə kimi millimizə 2 qol vurub.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0