İsayev “Strandja” turnirində yarımfinala yüksəldi
22.02.2013 - 15:18
Bolqarıstanda boks üzrə ənənəvi “Strandja” turniri davam edir. Boks Federasiyasından apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Elvin İsayev (64 kq) ikinci görüşdə də qələbə qazanaraq, yarımfinala vəsiqə qazanıb.
Boksçumuz 1/4 final mərhələsində özbəkistanlı Şahram Qiyasovla üz-üzə gəlib. İsayev döyüşü 1 xal fərqləi öz xeyrinə başa vurub – 16:15. Həmyerlimiz bu gün keçiriləcək yarımfinal qarşılaşmasında Belarus idmançısı Rüstəm Odinayevlə görüşəcək.
Qeyd edək ki, yarımfinalda milli komandamızın daha 3 üzvü rinqə çıxacaq. Günorta proqramında millimizin ən gənc üzvü Münasib Məmmədov (49 kq) bolqarıstanlı Tinko Banabakovla döyüşəcək.
Cavid Çələbiyevin (56 kq) rəqibi isə daha güclü idmançı olacaq. Boksçumuz 2007-ci ilin dünya çempionu rusiyalı Sergey Vodopyanovla üz-üzə gələcək.
Axşam proqramında isə Əbdürrəhman Şirinov öz bacarığını nümayiş etdirəcək. 52 kq çəki dərəcəsində yarışan həmyerlimiz Özbəkistan təmsilçisi Olim Husanboevi məğlub etməyə çalışacaq. Final döyüşləri fevralın 23-də keçiriləcək.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0