Hədələnən idmançı Azərbaycana lazım olmadı
28.02.2013 - 13:02
London Yay Olimpiya Oyunlarının ağırlıqqaldırma yarışlarında bürünc medal qazanmış moldovalı Kristina Yovu Azərbaycana milliləşdirilmək üçün gəlməyib. Bu barədə məlumatı apasport.az saytına Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov verib.
O, son günlər Azərbaycan və Moldova mətbuatının gündəmini zəbt edən xəbərə rəsmi mövqe bildirib. Əsgərovun sözlərinə görə, 20 yaşlı Kristinanın Bakıda olması onun milliləşməsi ilə bağlı deyil: “Bu idmançı ölkəmizə sadəcə təlim-məşq toplanışına gəlib. Hər şey deyilən kimi deyil. Onun milliləşdirilməsi ilə bağlı hansısa planımız yoxdur. Yovunun yığmamızla 3 aylıq təlim-məşq toplanışı keçməsi barədə Moldova Ağır Atletika Federasiyası ilə razılığımız olub”.
Qeyd edək ki, az öncə Moldova Olimpiya Komitəsinin prezidenti Nikolay Juravski idmançının Bakıdan qayıtmağını bildirərək, onu İnterpola veriləcəyi ilə hədələmişdi.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0