Azərbaycan çempionatının tarixi açıqlandı
01.03.2013 - 13:00
Martın 7-dən 9-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, FİLA-nın mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq çempionatda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarını təmsil edən 1993-95-ci il təvəllüdlü idmançılar mübarizə aparacaqlar.
Çempionatda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar müvafiq diplom, medal, pul mükafatı təltif ediləcək, tam dəst idman geyimi ilə təmin olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq.
İlkin və təsəlliverici görüşlər hər gün saat 10.00-da, final görüşləri isə 17.00-da başlayacaq.
Proqram
7 mart – sərbəst güləş üzrə 50, 55, 60, 66 və 74 kq
8 mart - sərbəst güləş üzrə 84, 96 və 120 kq, yunan-Roma güləşi üzrə 50, 55 və 60 kq
9 mart - yunan-Roma güləşi üzrə 66, 74, 84, 96 və 120 kq

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0