“Malaqa”nın futbolçusu: Azərbaycanla oyun çox vacibdir
07.03.2013 - 10:46
“Azərbaycan və İsraillə qarşılaşmalar bizim üçün çox vacibdir. Həmin oyunlar dünya çempionatının final mərhələsinə vəsiqə baxımından böyük əhəmiyyət kəsb edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya yığmasının futbolçusu Vitorino Antuneş deyib.
İspaniyanın “Malaqa” klubunda çıxış edən 26 yaşlı müdafiəçi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də İsrail, 4 gün sonra Azərbaycanla səfərdə baş tutacaq qarşılaşmalara çağırılıb.
O, indi daha çox Çempionlar Liqasında 1/8 final mərhələsinin səfər matçını düşündüyünü açıqlayıb: “Baş məşqçimiz Paulu Bentunun ilkin siyahısında yer aldığım üçün çox şadam. Məni səfərə çıxacaq heyətdə saxlaması baxımında narahatçılıq keçirmirəm. İndi “Malaqa”dakı işlərimi düşünürəm. İndi “Porto” ilə matçı fikirləşməliyəm”.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0