“Bu dəfə sınaq ciddidir, rəqib Azərbaycandandır”
05.06.2013 - 10:23
Avropa çempionatının gümüş mükafatçısı Dmitri Polyanskinin şəxsi məşqçisi Mixael Maqomedov yetirməsinin şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Rusiya millisinin boksçusunu Minskdə davam edən qitə çempionatının 1/4 finalında heç də asan rəqib gözləmədiyini bildirib.
Belə ki, Polyanski yarımfinala gedən yolda Azərbaycan millisinin boksçusu Elvin Məmmədovla qarşılaşacaq. Maqomedov Rusiya mətbuatına 60 kq çəki dərəcəsində çempionatın ən gərgin döyüşlərindən olacaq dueldə yetirməsinə güvəndiyini açıqlayıb: “Bizi bu dəfə daha ciddi sınaq gözləyir. Rəqib Azərbaycandan olan Elvin İsayevdir. Ancaq biz artıq onunla görüşərək, qalib gəlmişik. Fikrimcə, yaxşı hazırlaşıb, yenə istəyimizə çatacağıq. Çünki biz Saxkodzorada yüksəklikdəki təlim-məşq toplanışımızda çox yaxşı işləmişik. Yetirmələrim oradan yorğun yox, gözlərində alov qayıdıblar”.
Qeyd edək ki, görüş bu gün olacaq.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0