Şahmatçımız zirvədə
16.07.2013 - 12:10
Çinin paytaxtı Pekində keçirilən Qran-Prinin V mərhələsinin qalibi adını yarışın son oyunları başa çatmamış qazanan Şəhriyar Məmmədyarov ümumi hesabda zirvəni ələ keçirib. Apasport.az saytının məlumatına görə, ən yazın izləyicisi Aleksandr Qrişukun Peter Leko ilə heç-heçə etməsindən sonra Boris Gelfanda bərabərliyə razılaşan təmsilçimiz rəqibləri üçün əlçatmaz olub.
Çindəki zəfər Şəhriyarın ümumi xal hesabını 390-a çatdırması ilə nəticələnib. Qran-Prini məhz bu qədər xalla tamamlayan şahmatçımız yarışın lideridir. Təmsilçimiz yarışın son mərhələsində çıxış etməyəcək. İkinci yerdə qərarlaşan və 355 xalı olan bolqarıstanlı Veselin Topalov da son turnirdən kənar qalacaq. O, yalnız bugünkü qarşılaşmada xalını artıra bilər.
Qeyd edək ki, ümumi hesabda ilk 2 yeri tutan şahmatçı iddiaçıların turnirinə vəsiqə qazanacaq.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0