Yığmamızın Tallinn sınağı
19.09.2013 - 11:21
Sabah Estoniyanın paytaxtı Tallinndə 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi start götürəcək. Federasiyadan apasport.az saytına verilən məlumata görə, yarışda məşqçilər Natiq Həsənov və Azad Nurməmmədovun rəhbərli altında 4 idmançımız podiuma çıxacaq.
Belə ki, 20 yaşa qədər oğlanlar arasında Elxan Əliqulizadə (69 kq), Kamran İsmayılov (85 kq) və Nailxan Nəbiyev (94 kq) nəyə qadir olduqlarını nümayiş etdirəcəklər. 23 yaşa qədər oğlanlar arasında isə İuri Dudoqlo (62 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, sentyabrın 29-dək davam edəcək Avropa birinciliyində Azərbaycan hakim qismində Oktay Muxtarovla təmsil olunacaq.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0