Karateçilərimizdən 5-ci medal, 3-cü qızıl
25.09.2013 - 13:19
Azərbaycan millisi İndoneziyada təşkil olunan İslam Ölkələrinin III Həmrəylik Oyunlarında növbəti medalını qazanıb. Apasport.az saytının məlumatına görə, ölkəmizin himni bu dəfə də karateçilərimizin hesabına səslənib.
Onlar komanda yarışında bütün rəqiblərinə qalib gələrək, finala yüksəlib. Burada İran millisi ilə qarşılaşan yığmamız 3:1 hesabı ilə qalib gələrək 3-cü qızıl medalı aktivinə yazıb.
Qeyd edək ki, karateçilərimizdən daha öncə Rafael Ağayevlə (75 kq) Ayxan Mamayev (84 kq) 1-ci, Şahin Atamov (+84 kq) və Niyazi Əliyev (67 kq) 2-ci yeri tutub. Digər medallarımız ağırlıqqaldıranlar Silviya Angelova (48 kq, gümüş) ilə Zülfüqar Süleymanov (62 kq, bürünc) və uzgüçü Yevgeni Lazukanın (50 m, batterflyay, gümüş) hesabındadır.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0