Azərbaycan – Rusiya görüşünə bilet qalmadı
08.10.2013 - 11:30
Oktyabrın 15-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Rusiya matçına bilet satışı başa çatıb. Apasport.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. AFFA-nın şimal qonşularımız üçün ayırdığı biletlərə tələbat böyük olduğundan, tezliklə tükənib.
Ölkəmizdə isə bilet satışı hələ də davam edir. Futbolsevərlər biletləri "Bakcell Arena"nın kassalarından, “Park Bulvar” alış-veriş və “28 MaII” ticarət mərkəzlərindən ala bilərlər.
Şimali İrlandiya və Rusiya millərinə qarşı keçirəcəyimiz görüşlərə biletlər həm ayrı-ayrılıqda, həm də cüt şəklində satılır. Belə ki, azarkeşlər istədiyi oyuna bilet almaq imkanı ilə yanaşı, hər 2 matçı izləmək üçün güzəştli bilet ala bilərlər. Lakin bu güzəşt VİP sektora aid edilmir.
Qeyd edək ki, Azərbaycan – Rusiya görüşü “Bakcell Arena”da keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0