Millimizin rəqibi: Biri çıxdı, ikisi qoşuldu
09.10.2013 - 12:06
DÇ-2014-ün seçmə mərhələsində Lüksemburq və Azərbaycanla səfər oyunlarına hazırlaşan Rusiya millisi tam heyətlə məşq keçə bilmir. Apasport.az saytının məlumatına görə, şimallıların son məşqi zamanı qapıçı Yuri Lodıgin hazırlıqları erkən tərk edib. Cəmi 20 dəqiqə məşq edən futbolçu bunu əzginliyi ilə əlaqələndirib. Hər hansı zədəsi olmayan qolkiper süstlük səbəbindən məşqi yarımçıq qoyub.
Əvəzində Berezutski qardaşları komandaya qoşulub. Aleksey özünü pis hiss etdiyindən, Vasili isə bərpa prosesi keçdiyindən yığma ilə məşq etməmişdi. Lakin Lodiginin erkən bitirdiyi hazırlıqda qardaşlar iştirak edə bilib.
Qeyd edək ki, Rusiya yığması Azərbaycanla oktyabrın 15-də Bakıda üz-üzə gələcək.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0